Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu elan edib

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu elan edib

Tarix: 29 May 2020 12:03

Bakı. Trend:

2020-2021-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində (ADU) mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə tələbə qəbulu elan edilib.

Tələb olunan sənədlər:
• rektorun adına ərizə;
• diplom (yaxud diploməvəzi arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;
• şəxsiyyət vəsiqəsinin surəti;
• 3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;
• sağlamlıq haqqında arayış;
• əmək kitabçasının surəti.

Sənədlər 2020-ci il iyun ayının 1-dən avqust ayının 10-dək (istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul edilir.

Sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.

Ünvan: ADU-nun 3 saylı tədris binası
Bakı şəh., Nərimanov ray., Təbriz küç., 81, III mərtəbə, otaq 308
Tel.: (012) 564 22 48; (055) 302 88 57
Email: [email protected]
Sayt: www.adu.edu.az


Etiketlər:  Əlavə təhsil təcrübə fakültəsi tələbə qəbulu elan edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ