Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PSJ-nin qapıçısı “Lamborghini” ilə ağır qəzaya düşdü - FOTO

PSJ-nin qapıçısı “Lamborghini” ilə ağır qəzaya düşdü - FOTO

Tarix: 29 May 2020 12:08

PSJ-nin qapıçısı Martsin Bulka ağır yol qəzası keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hadisə Polşanın Vışoqrud şəhəri yaxınlığında baş verib. 20 yaşlı polyak oyunçu özü xəsarət almayıb. Amma onun sürdüyü "Lamborghini Huracan Evo Spyder" maşını ciddi zərər görüb.

Məlumata görə, Bulka sürət həddini aşıb və qarşıdan gələn "Hyundai" avtomobili ilə toqquşub. Nəticədə həmin maşının 56 yaşlı sürücüsü və sərnişini xəstəxanaya çatdırılıb. Tibbi müayindən sonra isə evə buraxılıblar. Qəzanın bütün iştirakçıları anlaqlı vəziyyətdə olub.

Qeyd edilir ki, "Lamborghini" Bulkanın özünə məxsus olmayıb və o, avtomobili bir müddət əvvəl icarəyə götürüb.

Milli.Az


Etiketlər:  PSJ nin qapıçısı Lamborghini ilə ağır qəzaya düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ