Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 12:25
Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Elman Zeynalovun həyat yoldaşı Marqarita Soy hamiləlik fotoları ilə gündəmdədir.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bir nçə həftə sonra ana olmağa hazırlaşan koreyalı model sonuncu dəfə Elmanla kamera qarşısına keçib.
O, həyat yoldaşı ilə birgə bölüşdüyü şəkillərə "Mən səni sevirəm. Çünki məni sən yaratdın, həyatımı dəyişdirdin. Səni bir cümə günü gördüm və sevməyə qərar verdim" sözlərini yazıb.
Qeyd edək ki, Elman Marqarita ilə ötən ilin dekabrında evlənib. Cütlük martda valideyn olacaqlarını bildirib.
Onu da bildirək ki, Sumqayıtda dünyaya gələn 27 yaşlı Elman "Новой фабрики звезд" yarışması ilə məşhurlaşıb. M.Soy isə hazırda biznes ledidir. Onun Moskvada gözəllik salonu var.