Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Fiat'' və “Renault” birləşə bilər

“Fiat'' və “Renault” birləşə bilər

Tarix: 10 Iyun 2019 17:15

Bakı. Trend:

İtaliyanın “Fiat Chrysler” və Fransanın “Renault” avtokonsernləri arasında birləşmə haqqında danışıqlar bərpa oluna bilər.

Trend-in məlumatına görə, danışıqlar bərpa olunduqdan sonra uğurla başa çatarsa, yeni formalaşacaq şirkət Almaniyanın “Volkswagen” və Yaponiyanın “Toyota” şirkətlərindən sonra üçüncü yerdə qərarlaşacaq.

Qeyd olunur ki, mayın sonlarında başlayan danışıqlar “Renault” şirkətinə daxil olan “Nissan”ın birləşmə qərarına qarşı çıxmasından sonra dayandırılmışdı.

Hazırda “Renault” şirkətinin “Nissan”da payının azaldılması barədə təklif irəli sürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Fiat Renault birləşə bilər


RƏYLƏR