Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 18:10
ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı müğənni Mənzurə Musayeva olub.
Sonxeber.net xəbər verir ki, müğəni, Vəfa Şərifovanın Talıb Talehdən 5 minə mahnı almasına münasibət bildirib:
"Həyatı boyu mahnıya 5 min pul verməmişəm. Heç vermərəm də. Talıb və ya qeyrisi, fərq etmir. Birinci mahnıya baxıram, sonra analiz edirəm ki, bu mahnını oxumaq olar və ya olmaz. İkincisi də dostlarım mənə mahnıları hədiyyə edir. Aranjımana da cüzi xərc çəkirəm. Vəfa bəlkə qiyməti biraz şişirdib deyir. "Ölə bilərəm" mahnısını mənə Aqşin Fərhad verib. Birinci onunla duet oxudum, sonra dedi ki, halal xoşun olsun götür oxu. Camaat tanınmayan birindən 10 min alıb mahnı oxuyur".
Aparıcının Mənzurə Musayevaya "Səninlə oxumaq 10 mindir?" sualına isə müğənni "Əlbəttə" deyə cavab verib.