Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyin şişini müalicə edəcək dərman hazırlandı

Beyin şişini müalicə edəcək dərman hazırlandı

Tarix: 29 May 2020 21:42

Kanadalı alimlər ölümcül beyin şişi - glioblastomaya kömək edəcək dərman hazırlayıblar.

"Cell Stem Cell" xəbər verir ki, dərman CAR T-hüceyrə terapiyasına əsaslanır.

Bildirilir ki, demək olar, bütün hallarda aqressiv müalicədən sonra glioblastoma təhlükəli olduğundan yeddi ay ərzində daha aqressiv formada təkrarlanır.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, T-hüceyrə müalicəsində bədxassəli hüceyrələri tanıyan və məhv edən xüsusi bir antigenik reseptor istifadə olunur. Bu, xüsusi antigenlərə seçici şəkildə bağlanan antikor hissələri olan bir proteindir.

Bundan əlavə, xəstənin T hüceyrələri onları müəyyən bir şəkildə dəyişdirən müalicəyə cəlb olunur.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, hüceyrə terapiyası xəstənin sağ qalmasını artırır və şiş yükünü azaldır.


Etiketlər:  Beyin şişini müalicə edəcək dərman hazırlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ