Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 07:12
Keçən il ByteDance şirkətinin gəliri 17 milyard dollardan çox, xalis gəliri isə 3 milyard dolları ötüb. ByteDance dünyanın ən populyar və ən bahalı startapı olan TikTok-un yaradıcısıdır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, TikTok startapı bütün dünya üzrə 315 milyondan çox yüklənib.
TikTok gəlir baxımından YouTube, Tinder və Netflix-i qabaqlayıb. Yalnız aprel ayında onun gəliri 10 qat artıb.
ByteDance şirkətinin gəliri 17 milyard dollardan çox, xalis gəliri isə 3 milyard dolları ötdüyünü nəzərə alaraq, onun sürətlə böyüməyə davam edən və dünyanın ən bahalı startap yaradıcı adlandırmaq olar. Keçən il ByteDance gəliri 2018-ci ildəki ümumi gəlirdən iki qat çox olub.
Zhang Yiming-in rəhbərlik etdiyi ByteDance Feysbuk və Alphabet kimi Amerika nəhənglərinə güclü rəqibə çevrilir. İnstaqram 2019-cu ildə təxminən 20 milyard dollarlıq reklam gəliri əldə edib. Google şirkəti isə keçən il YouTube reklam satışının 15,1 milyard dollar əldə etdiyini bildirib.
Bu il şirkət işə qəbul dalğasına başlayıb. İlin sonuna qədər kompaniyanın 40 min yeni işçini qəbul ediləcəyi gözlənilir. ByteDance işçi sayı baxımından e-ticarət nəhəngi Alibaba Group Holding ilə müqayisə olunmağa iddialıdır.
Məlumata görə, hazırda ByteDance-in 6 milyard dollardan çox pulu var.