Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 10:24
Sloveniyadan olan FİFA hakimi Slavko Vinçiç Bosniya və Herseqovinada polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 41 yaşlı referi 9 qadın və 26 kişi ilə birlikdə fahişəxanaya basqın zamanı saxlanılıb. Saxlanılanlar eyni zamanda narkotikdən istifadə və silah saxlamaqda ittiham olunub. Vinçiçin dindirildikdən sonra sərbəst buraxıldığı bildirilib.
Bosniya polisinin basqın fahişəlikdə şübhəli bilinən Tiyana Aifon kimi tanınan Tiyana Maksimoviçin işi ilə əlaqədar etdiyi vurğulanıb.
Qeyd edək ki, Vinçiç bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin 3 oyununu və Avropa Liqasında pley-off matçını idarə edib.