Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fındıq yağının sağlamlığa faydaları

Fındıq yağının sağlamlığa faydaları

Tarix: 30 May 2020 23:27

Ürək sağlamlığını dəstəkləyir: Fındıq yağı yüksək nisbətdə omega 9 və omega 6 yağ turşusu ehtiva etməsi səbəbindən, zeytun yağına bənzəyir. Bu səbəblə, həm sağlam həm də ləzzətli bir bişirmə yağı kimi istifadə edilir. Omega 9, omega 6 və omega 3 yağ turşularının ürək-damar xəstəlikləri riskini azaltdığı elmi olaraq sübut olunmuşdur.

Xərçənglə mübarizə aparır: Dəri üçün fındıq istifadə etməyin ən önəmli faydalarından biri, xərçəng xəstəlikli dəri hüceyrəsinin inkişaf prosesini dayandıran antioksidantlar və beta-sitosterol ilə yüklü olmasıdır. Fındıqlardan əldə edilən yağ, üzvi sistemdəki mövcud xərçəngə meylli hüceyrələri təsirsiz hala gətirir və beləliklə orqanizmdə xərçəng hüceyrələrinin yayılma ehtimalını aradan qaldırır.

Qanazlığına qarşı təsirlidir: Fındıq yağı əslində qanazlığına qarşı olduqca faydalıdır. Sahib olduğu E vitaminin qırmızı qan hüceyrələrinin degenerasiyasını aldığı və beləliklə, qanın orqanizmdə tutulmasına yardımçı olduğu elmi olaraq təsdiqlənmişdir. Bu vəziyyət bədəndəki qanazlığının qarşısının alınmasına yardımçı olur.

Günəşin zərərlərindən qoruyur: Fındıq yağı, zərərli günəş şüalarını əngəlləyən bir qabiliyyətə malikdir, buna görə də, günəş kremi kimi istifadə edilə bilər. Günəşə qarşı əlavə müdafiə üçün bu yağı, küncüt yağı, amerikan armudu yağı və qoz yağı ilə birlikdə istifadə edə bilərsiniz.

Milli.Az


Etiketlər:  Fındıq yağının sağlamlığa faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ