Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması LƏĞV OLUNDU

Dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması LƏĞV OLUNDU

Tarix: 31 May 2020 09:54

31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.net-a verilən məlumata görə, 31 may 2020-ci il saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur.

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Məhəmməd Vaqif


Etiketlər:  Dövlət qurumlarında işçilərin həddinin məhdudlaşdırılması LƏĞV OLUNDU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ