Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dərs vaxtı" verilişinin və Peşə dərslərinin sabahkı cədvəli müəyyənləşdirilib

Tarix: 31 May 2020 17:46

"Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" verilişinin iyunun 1-nə nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

Peşə təhsili pilləsi üzrə iyunun 1-i üçün nəzərdə tutulan cədvəl açıqlanıb.

Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Milli.Az


Etiketlər:  Dərs vaxtı verilişinin Peşə dərslərinin sabahkı cədvəli müəyyənləşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ