Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 22:08
"Harry Potter" kitabının müəllifi Joanne Rowling öz twitter hesabında "Bitcoi-ni başa düşə bilmirəm. Xahiş edirəm izah edin" yazıb. J.Rowling bitcoin haqqında sualına 2500-dən çox cavab aldı. 2500 cavab içərisində məşhur şəxslər - Vitalik Buterin və Elon Musk də bitcoin haqqında öz izah variantları qeyd ediblər.
Ethereum-un həmtəsisçisi Vitalik Buterin: "Bitcoin rəqəmsal bir valyutadır. Dünyada cəmi 18 milyon belə sikkə var. Heç bir şeylə təmin olunmayıb, sadəcə bir növ kolleksiya olduğu üçün dəyərlidir."
Tesla və SpaceX-in təsisiçisi Elon Musk: "Bitcoin çox faydalı şeydi. Mərkəzi Banklar tərəfindən fiat pulların kütləvi şəkildə buraxılması bazarda bitcoin-i daha stabil edir".