Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 23:36
Sinqapura məxsus "APL England" konteyner gəmisi Çinin Ninbo şəhərindən Avstraliyanın Melburn şəhərinə səfəri zamanı Sidneydən 73 km cənub-şərqdə fırtınaya düşüb.
Sonxeber.net seanews.az-a istinadən bildirir ki, güclü külək nəticəsində müvazinətini itirən gəmidən təxminən 40 konteyner suya aşıb. Hazırda onlar təxminən 2 km dərinlikdədirlər. Digər 74 konteyner zədələnərək gəminin göyərtəsində qalır.
Qəzadan sonra gəmi Brisbenə doğru üzüb.