Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bərdə rayonunda ana və qızının qətlinin təfərrüatları məlum oldu

Bərdə rayonunda ana və qızının qətlinin təfərrüatları məlum oldu

Tarix: 1 Iyun 2020 09:39

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda qətlə yetirilən ana və qızının şəxsiyyəti məlum olub.

Trend-in məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində baş verib. Kənd sakinləri Zeynalova Nəzirə və qızı Zeynallı Əminə Musa qızı odlu silahla qətlə yetirilib.

Məlumata görə, qətl ailə üzvləri tərəfindən törədilib. Qətl hadisəsini ev sahibi Musa Zeynalov və onun oğlu Tural Zeynallı tərəfindən törədildiyi bildirilir. Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.

Ailə Bərdə rayonunda məskunlaşsa da, əslən Ağdam rayonunun Maqsudlu kəndindən olan məcburi köçkünlərdir.

Kənd sakinlərinin Trend-ə verdiyi məlumata görə, ailə başçısı Musa Zeynalov oğlu Tural Zeynallı ilə birlikdə evə gələrək əvvəlcədən əldə etdikləri ov tüfəngi ilə həyat yoldaşı Nəzirə Zeynallını, sonra isə qızı Əminə Zeynallını qətlə yetirib. Artıq Musa Zeynallının saxlanıldığı bildirilir.


Etiketlər:  Bərdə rayonunda ana qızının qətlinin təfərrüatları məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ