Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məleykə Abbaszadə: Hərarəti olan şəxslər imtahanlara buraxılmayacaq

Məleykə Abbaszadə: Hərarəti olan şəxslər imtahanlara buraxılmayacaq

Tarix: 1 Iyun 2020 11:18

Bakı. İlhamə İsabalayeva – Trend:

İmtahana hər bir abituriyent tibbi maska ilə gəlməlidir. Eyni zamanda imtahana uşaqla bərabər gələn valideyn də maskadan istifadə edilməlidir.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahan girişlə bağlı müəyyən prosedurlar olacaq. Bununla bağlı videoroliklərin sabahdan yayımlanması nəzərdə tutulur: “İmtahana giriş zamanı əvvəlcə abituriyentin hərarəti yoxlanılacaq. Hərarəti olanlar imtahan buraxılmayacaq. Binaların yanındakı həkimlər belə şəxslərlə məşğul olacaq. Abitiriyentlər elə fikirləşməsinlər ki, maskada gəlirlər deyə telefonu binaya keçirə biləcəklər. Bu, mümkün olmayacaq. Yarım saatdan bir binaya 40 nəfər dəvət ediləcək. Binaya buraxılış vərəqəsində yazılan vaxtda yaxınlaşmaq lazımdır. Biz istəmirik ki, binaların qarşısında insanlar toplaşsınlar”.


Etiketlər:  Məleykə Abbaszadə Hərarəti olan şəxslər imtahanlara buraxılmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ