Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Demişdi ki, Elton olmasa, çox şey edərəm"

Tarix: 1 Iyun 2020 12:50

Tənbəl insan olmamışam. 8 yaşımdan oxumağı öyrənmişəm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "ATV maqazin onlarla" verilişinə açıqlamasında müğənni Elton Hüseynəliyev deyib.

O, efirlərdən uzaqlaşmasının səbəbini açıqlayıb:

"Ürəyimə salmışdım ki, efirə çıxmayım. Düşünürdüm ki, mübarizə aparmalıyam. Rəqabəti sənətlə apararlar, hərisliklə yox. Tanıdığım bir insan var idi. Eyni komandada çalışırdıq. Problem olmuşdu, o insan demişdi ki, Elton olmasa, çox şey edə bilər. Mən də dedim ki, iki il olmayım, görüm nələr edə bilər. Uşaq vaxtı deyirdilər ki, nə işlə məşğul olursan, o zaman cavab verirsən ki, güləşə gedirəm, yaxud boksa gedirəm. İndi bəziləri eynilə bunun kimi oxumağa gedirlər, oxuya bilmirlər".

Milli.Az


Etiketlər:  Demişdi ki Elton olmasa çox şey edərəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ