Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yevlaxda üçotaqlı ev yanıb

Yevlaxda üçotaqlı ev yanıb

Tarix: 1 Iyun 2020 18:33

Bakı. Trend:

Yevlax şəhərində ümumi sahəsi 96 kvadratmetr olan evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, birmərtəbəli üçotaqlı ev hadisə nəticəsində yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Etiketlər:  Yevlaxda üçotaqlı ev yanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ