Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir

AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir

Tarix: 2 Iyun 2020 08:32

Bu xəbərdə də yazdığımız kimi Intel şirkəti 10.nəsil Comet-Lake S prosessorlarını istifadəçilərə təqdim etmişdi. AMD də 10.nəsilə bir cavab olaraq yenilənmiş Ryzen prosessorlarını təqdim etdi. Bunlar AMD Ryzen 9 3900 XT, Ryzen 7 3800 XT, Ryzen 5 3600 XT prosessorlarıdır. Matisse Refresh adı verilən yeni prosessorlar daha yüksək tezliklərdə işləyəcəklər.

AMD-nin yeni Matisse Refresh prosessorları daha yüksək tezliklərdə işləyəcəklər.
        Yeni prosessorlar hal-hazırda satışda olan versiyaları ilə eyni texniki parametrlərdə olacaqlar. Beləki Ryzen 9 3900XT 12 nüvə/24 iş parçacığı, Ryzen 7 3800XT 8 nüvə/16 iş parçacığı və Ryzen 5 3600XT isə 6 nüvə/12 iş parçacığına malik olacaq. Lakin əsas fərq bu 3 prosessor daha yüksək tezliklərdə işləyə biləcəklər və daha təkmilləşdirilmiş overclock xüsusiyyətləri olacaq. Yeni prosessorların tezlikləri əvvəlkilərə nəzərən 200-300 Mhz daha çox olacaq. AMD rəsmilərinin dediklərinə görə bu prosessorlar Intel-in yeni 10.nəsil Core i9, Core i7 və Core i5 prosessorlarına rəqib olacaqlar. Hələlik satış qiymətləri və tarixi bəlli deyil.

Milli.Az


Etiketlər:  AMD dən 10nəsil Intel ə yeni zərbə 3 yeni prosessor gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ