Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı - Xəsarət alanlar Bakıya gətirilib

Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı - Xəsarət alanlar Bakıya gətirilib

Tarix: 11 Iyun 2019 11:24

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə ötən gecə Nic qəsəbəsində saat 5 radələrində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlar - Qəbələ rayonu Nic qəsəbə sakini 1973-cü il təvəllüdlü Boyacari Boris Baqroviç onurğanın yumşaq toxumalarının əzilməsi, Uludaş kənd sakini 1961-ci il təvəllüdlü Zeynalov İzafəddin Nəcməddin oğlu sağ said sümüyü və sol qabırğaların sınığı, üçüncü şəxs isə Nic qəsəbə sakini 1999-cu il təvəllüdlü Boyacari Dmitriy Borisoviç birinci boyun fəqərəsinin yarım çıxığı xəsarətləri alıblar.

Qəzada dünyasını dəyişən isə 1997-ci il təvəllüdlü Mirzəbəyli kənd sakini Muradov Şahmurad Qorxmaz oğludur.

İ.Zeynalov və D.Boyacari müalicə üçün Qəbələdən Bakıya müalicəyə gətiriliblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qəbələdə ağır qəza ölü yaralı Xəsarət alanlar Bakıya gətirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ