Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabah 38 dərəcəyə qədər isti olacaq

Sabah 38 dərəcəyə qədər isti olacaq

Tarix: 2 Iyun 2020 12:51

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

İyunun 3-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

İyunun 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Etiketlər:  Sabah dərəcəyə qədər isti olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ