Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 16:06
Azərbaycanda daha bir rayon prokuroru vəzifəsindən azad olunub.
Sonxeber.net Trend-ə istinadən əbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sosial səbəkədəki səhifəsində məlumat verib. Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Eyni zamanda həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə "Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı" ilə təltif edilmişdir.