Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anar Mirzəzadə: İllik qiymətləri ilə razılaşmayan şagirdlər yenidən qiymətləndirmənin aparılması üçün müraciət etməlidir

Anar Mirzəzadə: İllik qiymətləri ilə razılaşmayan şagirdlər yenidən qiymətləndirmənin aparılması üçün müraciət etməlidir

Tarix: 2 Iyun 2020 17:30

Bakı. İlhamə İsabaleva – Trend:

Şagird oxuduğu məktəbi dəyişmək istəyirsə, amma illik qiymətləndirmədən narazıdrısa, bu zaman xüsusi qaydaya əməl edilməlidir.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə deyib.

Onun sözlərinə görə, illik qiymətləri ilə razılaşmayan 5-8 və 10-cu sinif şagirdləri oxuduqları məktəbə yenidən qiymətləndirmənin aparılması üçün müraciət etməlidir: “Onlar avqustun 20-29-da keçirilən yenidən qiymətləndirmə prosesində iştirak etməlidirlər. Onun əsasında onların qiymətləndirilməsi aparılacaq. Belə valideynlər daha sonra şagirdlərin yerdəyişməsi prosesində iştirak edə bilərlər”.


Etiketlər:  Anar Mirzəzadə İllik qiymətləri ilə razılaşmayan şagirdlər yenidən qiymətləndirmənin aparılması üçün müraciət etməlidir


RƏYLƏR