Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 19:55
Müğənni Sevda Yahyayeva nişanlısı Zakir Bayramova qoyduğu qadağadan danışıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi "Ona qalsa" proqramına gələn zaman yaradıcı heyət ona sürpriz etmək istəyib.
Aparıcı-şairə Nazilə Səfərli bildirib ki, Z.Bayramova yazaraq, ondan Sevdaya canlı yayımda sürpriz etməsini istədiyini bildirib:
"Zakirə dedim ki, Sevdanın xəbəri olmasın. O da gecə 12-yə qədər gizli saxlayıb, 2-də Sevdaya açıb deyib. Ona görə də indi onunla danışmıram".
Sevda isə bu cür halları xoşlamadığını bildirib:
"Sürpriz etmək istəyirdilər. O da bilir ki, həyəcanlanıram. Demişəm ki, verilişdə olanda heç nə göndərmə. Camaat elə bilir ki, qəsdən edirəm".