Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İngiltərə Premyer Liqasının klublarına yoxlama matçları keçirməyə icazə verilib

İngiltərə Premyer Liqasının klublarına yoxlama matçları keçirməyə icazə verilib

Tarix: 2 Iyun 2020 22:26

Koronavirus pandemiyası səbəbindən dayandırılan İngiltərə Premyer Liqası bərpa olunmazdan əvvəl klublar yoxlama görüşləri keçirə biləcəklər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, çempionat rəhbərliyi komandalara bununla bağlı icazəni verib.

Yoxlama oyunlarının keçirilməsində məqsəd rəsmi matçlardan əvvəl futbolçuların formaya düşməsi və tam uyğunlaşmasına kömək etməkdir. Görüşlər komandaların stadionlarında və ya məşq meydançalarında baş tuta bilər.

Premyer Liqa rəhbərliyi komandalara bunun reallaşması üçün bəzi şərtlər irəli sürüb. Məsələn, oyunun keçirildiyi yerdə komandalar saat yarımdan çox olmamalı, futbolçular hazır vəziyyətdə öz avtomobillərində gəlməli, hamının koronavirus testi mənfi çıxmalı, hakimlik funksiyalarını komandaların məşqçiləri yerinə yetirməlidir. Çünki qurum rəsmi hakimlərin yoxlama görüşlərinə yollanmalarına icazə verməyib.

Qeyd edək ki, martda dayandırılan Premyer Liqanın iyunun 17-də bərpa olunması planlaşdırılır.

Milli.Az


Etiketlər:  İngiltərə Premyer Liqasının klublarına yoxlama matçları keçirməyə icazə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ