Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Televiziya əməkdaşı karantinə alındı

Televiziya əməkdaşı karantinə alındı

Tarix: 3 Iyun 2020 12:20

Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması haqda məlumat yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qurumun sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, həmin operator karantinə alınıb:

"Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələ ki, araşdırma aparılır. Operator karantinə alınıb və yoxlama aparılır. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, daha əvvəl ATV-nin bir neçə işçisində koronavirus aşkarlanmışdı.

Milli.Az


Etiketlər:  Televiziya əməkdaşı karantinə alındı


RƏYLƏR