Tarix: 3 Iyun 2020 13:10
Türkiyə Superliqasının bərpasına hazırlaşan “Fənərbaxça”nın yoxlama görüşü keçirmək istəyib.
Qol.az “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul klubu bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət edib. Federasiyadan isə koronavirusa qarşı tədbirlər həyata keçirildiyindən, yoxlama matçına icazə olmadığı bildirilib. Buna görə də komanda ikitərəfli oyun keçirəcək.
Qeyd edək ki, Türkiyə Superliqasının iyunun 12-də bərpa olunacağı açıqlanıb.