Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Roma” da irqçiliyə etiraz etdi

“Roma” da irqçiliyə etiraz etdi

Tarix: 3 Iyun 2020 15:06

"Roma" ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən qətlə yetirilən Corc Floydun ölümünə biganə qalmayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,paytaxt təmsilçisi sosial şəbəkələrdə start verilən "Qaradərililərin həyatı önəmlidir" kampaniyasına dəstək nümayiş etdirib. 

Ötən gün məşqdən əvvəl komandanın baş məşqçisi Paulo Fonseka və futbolçular diz çökərək irqçiliyə və polis vəhşiliyinə etiraz ediblər. Bu görüntülər klubun sosial şəbəkə hesablarında da paylaşılıb.
 
Qeyd edək ki, ABŞ-da Corc Floydun ölümündən sonra əksər ştatlarda etiraz aksiyaları keçirilir. İdman ictimaiyyətindən də etiraz nümayiş etdirənlər çoxdur.

Milli.Az


Etiketlər:  Roma irqçiliyə etiraz etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ