Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” köhnə nəşrləri

Tarix: 3 Iyun 2020 17:09

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli izləri daha asan şəkildə silə biləcəklər. Yeni “Manage Activity” funksiyası sayəsində artıq köhnə yazıları "Xronikadan" bir-bir deyil, bunu artıq bir dəfəyə silmək mümkün olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, həm ayrı-ayrı yazıları, həm də seçilmiş dövr üçün bütün yazıları silmək mümkün olacaq. İlk öncə yenilik “Facebook”un mobil proqramlarında əlçatan olacaq.

 

Şirkətdən bildirilib ki, sözügedən funksiya bu gün sizin kim olduğunuzu daha dəqiq əks etdirmək üçün nəzərdə tutulub və hazırlanıb. Məsələn, istifadəçi öz hesabını keçmiş sevgilisi ilə bağlı xatirələrdən təmizləmək istəyir.

 

Emil Hüseynov




Etiketlər:  Facebook köhnə nəşrləri toplu şəkildə silməyə imkan verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ