Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Fuad, əzizim, hər zaman ürəyimizdəsən!” - VİDEO

“Fuad, əzizim, hər zaman ürəyimizdəsən!” - VİDEO

Tarix: 4 Iyun 2020 10:24

İnsan doğulur və uzun həyat yoluna atılır. Uşaqlıqda, həddi-buluğa çatanda onun peşə yolu müəyyən olur. Bu yolda saysız-hesabsız seçimlər olur. Amma hər bir insana ilahi vergi verilib. Bu, yaradıcılıq vergisidir. İnsan şəxsiyyətinin nə və kim olduğunu göstərir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov həmkarı, mərhum Xalq artisti Fuad Poladovdan bəhs edərkən söyləyib.

O, İTV-də yayımlanan "Ötən günlər" verilişində dostu haqda fikirlərini belə izah edib:

"Fuad Poladovda yaradıclıq ruhu güclü idi. Onun sənətə gəlməsi təsadüfi deyildi. O, ona görə səhnədə və ekranda ruhun ovsunçu cazibədar həyatını yaradıb insanlara bəxş etməyi özünə borc bilirdi. Bunu böyük peşəkarlıq və məharətlə edirdi. Fuad dünya səviyyəli bir aktyor idi. O, sümüklərində iliyinədək azərbaycanlı, təpədən-dırnağadək vətənpərvər idi. Bəlkə də elə bu səbəbdən Fuad Poladov təkcə öz millətini tanıyan, yalnız öz dilində danışan insanları sevirdi, dar düşüncəli saxta vətənpərvərliyi qəti qəbul etmirdi. Poladov ümumbəşəri düşünən, mədəniyyətimizin yüksək pilləsində duran şəxsiyyət, yaradıcı bir insan idi. Fuad, əzizim, hər zaman ürəyimizdəsən!".

Milli.Az


Etiketlər:  Fuad əzizim hər zaman ürəyimizdəsən VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ