Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AMFA Azərbaycanda qadın sahibkarlığına dəstək barədə

AMFA Azərbaycanda qadın sahibkarlığına dəstək barədə

Tarix: 3 Iyun 2020 20:32

Bakı. Fidan Babayeva - Trend:

“Naxçıvan Muxtar Respublikasında COVID-19 pandemiyasının təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi kənd yerlərində 25-dən çox qadına, o cümlədən məhdud sağlamlıq imkanları olan qadınlara pandemiya dövründə biznesin müdafiəsi sahəsində biliklərini, biznes vərdişlərini təkmilləşdirmək, eləcə də maliyyə ehtiyatlarına çıxış imkanları təqdim olunmasına yönəlib.

Bunu Trend-ə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.

Onun sözlərinə görə, AMFA 2020-ci ilin mayın 19-dan vətəndaş cəmiyyəti təşkilatlarının gender bərabərliyinin möhkəmləndirilməsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində məqsədlərə çatmaq üçün milli gündəliyin hazırlanması və reallaşdırılmasında aktiv fəaliyyətinə kömək məqsədilə irimiqyaslı layihəyə başlayıb:

“Layihədə iştirak edən qadınlara Naxçıvan Muxtar Respublikasında biznes açmaları üçün 525 dollar məbləğində ilkin maliyyə təqdim olunacaq”.

J.Hacıyeva qeyd edib ki, layihənin əsas məqsədi post-pandemiya müddətində böhranın iqtisadi fəsadlarını minimallaşdırmaq, qadınları gəlir əldə etməkdə dəstəkləmək və yeni iqtisadi reallıqlara hazırlamaqdır.


Etiketlər:  AMFA Azərbaycanda qadın sahibkarlığına dəstək barədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ