Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 03:28
Bakı. Trend:
Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı etdiyi testlərin müsbət çıxdığı daha 64 xəstə vəfat edib.
Trend-in məlumatına görə, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahda bildiriblər.
Moskvada koronavirusdan ölənlərin ümumi sayı 2685 nəfərdən 2749 nəfərə yüksəlib.
Keçən gün sətəlcəm diaqnozu qoyulan və koronavirus xəstəsisi olan 61 nəfərin öldüyü bildirilib.