Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 14:10
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp informasiyanın ləyaqətliliyi haqqında qanunda müəyyən dəyişiklik etdi: Dəyişikliyə əsasən yayılan məlumatlara görə təkcə istifadəçilər yox sosial şəbəkə provayderləri də məsuliyyət daşıyacaqlar.
Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Rəşad Əliyev - İT mütəxəssisi: "Yeni qanuna görə isə Trampın bir neçə gün bundan qabaq imzaladığı, yəni Amerika tərəfindən imzalanan qanundan belə bir şey çıxır ki, provayder bütün yazılan yazılara nəzarət etməlidir. Əgər kimsə bir siyasi yazı yazırsa artıq ona cavabdehlik daşıyır və provayder ona məlumat verilmədən heç bir məlumatın paylaşılmasına icazə verməyəcək".
Qeyd edək ki, hazırda ölkəmizdə Kütləvi İnformasiya Vasitələri haqqında qanunun tələbinə görə, KİV-də və internetdə yayılan məlumatı provayderin redaktə etmək hüququ yoxsdursa o məsuliyyət daşımır.
Rəşad Əliyev - İT mütəxəssisi: "Siz əgər müəyyən bir məlumat yayırsınızsa, müəyyən bir mövzu ilə əlaqədar çağırış edirsizsə və ya müəyyən bir məlumat olarsa buna siz şəxsən cavabdehsiniz provayder filterdən keçirtmək məcburiyyətində deyil. Cavabdeh olmadığına görə heç bir məsuliyyət daşımır. Əgər sizin paylaşımınızla bağlı hansısa bir şikayət gələrsə o zaman provayder tərəfindən onun qarşısını almaq üçün müvafiq tədbirlər görülə bilər".
İlhamə Həsənova - Hüquqşünas: "Sosial şəbəkə provayderlərinində məsuliyyət həddi qanunverilikdə müəyyənləşməlidir. Bəzən belə hal da olur ki, bir sosial şəbəkədə yayımlanan məlumatı digər sosial şəbəkədə yayımlayırlar. Hər bir halda buna müəyyən bir nəzarət mexanizmi işlənməlidir. Çünki yalan informasiyaların yayılmasıda cəmiyyətdə çox böyük mənfi təzadlara nəticələrə gətirib çıxarır".
Elə şəxslər var ki, onlar hətta başqa şəxslərin adından profillər açır, yalan məlumatlar yayırlar. Ekspertlər bildirir ki, bəzən bu məlumarın mənbəyini müəyyənləşdirmək çox çətin olur.
İlhamə Həsənova - Hüquqşünas: "Şəxsən bir vəkil kimi bizə çox müraicətlər olur. Elə adam var məsələn müraciət edir ki, mənim barəmdə yalan məlumat yayılıb, mənim şərəf və ləyaqətimi ləkələyən məlumat yayılıb. Biz araşdıranda ilkin mənbəyini tapa bilmirik və yaxud da ilkin mənbədə elə adam ortalığa çıxır ki, o adamın göstəricilərini əldə etmək olmur. Məsələnçün o adamın doğum ilini tapmalıyıq, o adamın yaşadığı ünvanı tapmalıyıq, tam soyadını, adını, ata adını"
Hikmət Babaoğlu - Milli Məclisin deputatı: "Bu sferada xüsusi hüququn tətbiq olunması aktualdır. Real hüquqi münasibətlərimizin və real qanunlarımızın əslində sosial şəbəkələrdəki münasibətlərimizə şamil edilməsi çox vacibdir".
Ekspertlər həmçinin bildirir ki, bu sahədə maarifləndirmə işi də mütləq aparılmalıdır.
Hikmət Babaoğlu - Milli Məclisin deputatı: "Bu prosesi ümumi beynəlxalq konvensiyalar formasında da tənzimləmək mümkündür. Çoxsaylı dövlətlərin bir araya gələrək məhz ümumi çərçivəni müəyyən etməsini düşünmək lazımdır. Hər halda mütləq oradakı iştirakçıların hüquq qarşısında cavabdehliyi də, sosial məsuliyyəti də olmalıdır və bu da mütləq və mütləq qanunla tənzimlənməlidir".
Elə son vaxtlar dünyada baş verən hadisələr də sosial şəbəkələrin rolunun çox olması, nəzarət mexanizminin yaradılmasını görünür labüd edib. Buna görə də başda ABŞ olmaqla bir çox ölkədə nəzarətin hansı formada aparılması məsələsi artıq gündəmə çevrilib.