Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 20:46
Ölkədə əhaliyə verilən içməli suyun sayğaclaşması üzrə proses davam edir.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, bu göstərici Bakı və Abşeron üzrə 89,3 faizdir: "Hazırda sayğaclaşma prosesi davam etdirilir. Bu günə qədər ölkə üzrə sayğaclaşma 82,5 faizə çatdırılıb. Bakı və Abşerondan əlavə, regionlarda sayğaclaşma səviyyəsi 75,6 faizdir".