Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 16:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Doktoranturaya qəbul prosesinin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulur.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, ötən ilə qədər doktoranturaya qəbul noyabr-dekabr aylarında aparılıb. Bu isə doktoranturada tədrisin təşkili ilə bağlı müəyyən çətinliklər yaradırdı:
“Ona görə də bu il iyul-avqust aylarında prosesin aparılması - imtahanların elan edilməsi, keçirilməsi nəzərdə tutulurdu. Pandemiya dövrü ilə əlaqədar imtahanların keçirilməsi məsələsində çətinliklər yaranmasa, qərarımız qüvvədə qalır”.
İ.Həbibbəyli əlavə edib ki, imtahanların keçirilməsi qaydalarında heç bir dəyişiklik edilməyib:
“İmtahanlar ötənilki qaydada keçiriləcək. İxtisas fənni üzrə imtahanlar müvafiq institut tərəfindən, fəlsəfədən imtahan AMEA tərəfindən mərkəzləşdirilmiş şəkildə təşkil edilir. Xarici dil fənni üzrə imtahan isə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır”.