Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 21:24
FİFA Türkiyə klubu "Ankaragücü"nü cəzalandırıb.
Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, ali futbol qurumu Super Liqa təmsilçisinə 3 "transfer pəncərəsi"ndən istifadəyə qadağa qoyub.
Buna səbəb paytaxt klubunun ötən mövsüm müqaviləsini təktərəfli ləğv edən fransalı müdafiəçi Toma Ertoya olan 2 milyon 295 milyon avroluq borcunu ödəməməsidir. Ankaralıların eyni zamanda yarımmüdafiəçi Alessio Çerçiyə də borcunu (1,6 milyon avro) ödəmədiyi müəyyənləşib.
Qeyd edək ki, UEFA iki gün əvvəl Türkiyənin digər klubu "Trabzonspor"u 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb.