Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Verner London klubu ilə razılaşdı

Verner London klubu ilə razılaşdı

Tarix: 5 Iyun 2020 21:42

Leipzig-in futbolçusu Timo Verner karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu Chelsea-nin təklifini qəbul edib. London klubunun Vernerlə ildə 10 milyon avro qazanması şərti ilə 5 illik müqavilə əsasında anlaşdığı bildirilir.

Məlumata görə, "zadəganlar" bu transfer üçün Almaniya klubuna 53 milyon funt-sterlinq ödəyəcək.

Bir çox klubun maraq dairəsində olan alman futbolçu üçün əsas namizədlərdən biri Liverpool idi.

Milli.Az


Etiketlər:  Verner London klubu ilə razılaşdı


RƏYLƏR