Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 08:24
"Canalys"in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalaraq 367,8 milyon təşkil edəcək. Gələn il kompüter bazarında durğunluq gözlənilir, 2022-ci ildə isə tədarüklərin həcmində artım qeydə alınacaq.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, fərdi kompüter sahəsinin "COVID-19" pandemiyasına görə xeyli ziyana məruz qalmasına baxmayaraq, mütəxəssislər hesab edirlər ki, çətin günlər arxada qalıb.
"Fərdi kompüter bazarında vəziyyətin yaxşılaşmasına Çində tədarük və istehsal zəncirlərinin bərpası, həmçinin distant iş və təhsil üçün qurğulara olan tələbat kömək edir. Ancaq koronavirusun qlobal iqtisadiyyata mənfi təsirini qiymətləndirməmək lazım deyil" - mütəxəssislər xəbərdarlıq edirlər. Çətin iqtisadi vəziyyətdə istehlakçılar, müəssisələr və dövlət strukturları ilk növbədə yeni kompüter satın almağa deyil, həyati əhəmiyyətli məhsullara pul xərcləyəcəklər.