Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda polis xroniki xəstəliyi olan şəxsi xəstəxanaya çatdırdı

Bakıda polis xroniki xəstəliyi olan şəxsi xəstəxanaya çatdırdı

Tarix: 6 Iyun 2020 13:18

Bakı. Samir Əli - Trend:

Bakının Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılıb.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini, xroniki xəstəliyi olan qadının səhhətində qəfil problem yaranıb. Qadının həyat yoldaşını ərazidə xidmət aparan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına müraciət edərək, onlardan kömək istəyib.

Çağırışa dərhal və təxirəsalınmaz müdaxilə edən polis əməkdaşları xəstəni şəxsi avtomobillə xəstəxanaya çatdırıb.


Etiketlər:  Bakıda polis xroniki xəstəliyi olan şəxsi xəstəxanaya catdırdı


RƏYLƏR