Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yardımlıda yeddi tondan çox çətənə kolu məhv edilib

Yardımlıda yeddi tondan çox çətənə kolu məhv edilib

Tarix: 6 Iyun 2020 16:18

Bakı. Trend:

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Arvana kəndi ərazisində 728 hektar sahədən yabanı halda bitmiş, çəkisi 5,3 ton olan 13 min 700 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Lənbəran kəndi ərazisində 1,5 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2 ton olan 4 min 815 ədəd çətənə kolu aşkar edilərək məhv olunub.


Etiketlər:  Yardımlıda yeddi tondan çox çətənə kolu məhv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ