Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 12:00
Azərbaycan idmanına ağır itki üz verib.
Ölkə idmanında müxtəlif vəzifələrdə işləmiş Şaiq Həmidov vəfat edib. Milli Paralimpiya Komitəsinin sabiq vitse-prezidenti bu gün 69 yaşında ölüb.
O, 1983-cü ildən 1995-ci ilə kimi "Spartak" Könüllü İdman Cəmiyyəti Mingəçevir Şəhər Şurasının sədri, 2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin vitse-prezidenti, Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və Milli Paralimpiya Komitəsinin icraçı direktoru vəzifələrində işləyib.
2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub. Ş. Həmidov həmçinin AFFA-da hakim inspektor kimi təyinat alıb (apa.az).
Allah rəhmət eləsin!