Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 09:16
Braziliyalı Amanda Nunes kanadalı Felicia Spenceri məğlub edərək yarım yüngül çəkidə UFC (Mütləq Döyüş Çempionatı) çempionu titulunu müdafiə edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "UFC 250" turnirinin əsas yarışı olan bu döyüş Las-Veqasda koronavirus pandemiyası səbəbindən boş tribunalarda keçirilib.
Braziliyalı 32 yaşlı döyüşçü, eyni zamanda, ən yüngül çəkidə UFC çempionudur. Onun aktivində 20 qələbə, 4 məğlubiyyət var. Kanadalı 29 yaşlı döyüşçü isə karyerası ərzində 8 qələbə qazanıb, 4 dəfə məğlub olub.