Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantindən sonra Azərbaycanda ilk futbol matçı keçiriləcək

Karantindən sonra Azərbaycanda ilk futbol matçı keçiriləcək

Tarix: 9 Iyun 2020 12:00

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Premyer Liqası karantinə görə dayandırılandan sonra ilk futbol matçı keçiriləcək.

Bu barədə Trend-ə “Qarabağ” futbol klubunun mətbuat xidmətindən məlumat verilib.

İlk matç “Sabah”la “Qarabağ” arasında hazırlıq oyunu olacaq.

Masazırdakı yoxlama matçı saat 19:30-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq. Sabah isə 3 yoxlama qarşılaşması birdən keçiriləcək.

Bunlar “Neftçi” – “Keşlə”, “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” görüşləridi.

Xatırladaq ki, martın 8-dən məcburi fasiləyə yollanan Premyer Liqamızın iyunun 21-də XXI turla davam etməsi nəzərdə tutulub.

Yoxlama matçı
9 iyun
19:30. “Sabah” – “Qarabağ”
Bakı. “Bank Respublika Arena” stadionu


Etiketlər:  Karantindən sonra Azərbaycanda futbol matçı keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ