Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 15:20
Əməkdar artist Cavanşir Məmmədov haqqında yazılan şayiələrdən danışıb.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, o, bu barədə "Xəzər" televiziyasında yayımlanan "5də5" verilişində qonaq olarkən deyib.
"Bir dəfə Rusiyada yaşayan bir nəfər mənim ölüm xəbərimi yaymışdı. Sonra mənə köməklik etdilər, bu insanı tapdım. Məlum oldu ki, bu, bizim orada yaşayan, bazarda göyərti satan həmyerlimizdir. Sonra videogörüntü ilə mən o insanla əlaqə saxladım, məndən üzr istədi və bunu bir müğənninin sifarişi ilə etdiyini söylədi. O videogörüntü indiyə qədər məndədir, saxlamışam", - o bildirib.