Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 19:09
Bakı. İlhamə İsabalayeva - Trend:
Ötən həftə sərt karantin günlərindən əvvəl çörək satışı ilə bağlı müəyyən problemlərin olduğunu gördük.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, insanlar bir qədər təşvişə düşmüşdü: "Ümid edirik ki, bir daha belə hallarla rastlaşmayacağıq”.