Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Testlərdə virusun neqativ çıxması xəstəliyin gec aşkarlanması ilə bağlıdır - Ramin Bayramlı

Testlərdə virusun neqativ çıxması xəstəliyin gec aşkarlanması ilə bağlıdır -  Ramin Bayramlı

Tarix: 9 Iyun 2020 19:46

Bəzi xəstələrdə yuxarı tənəffüs yollarında virusun aşkarlanmaması virusun mutasiya uğraması ilə əlaqədar deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, yuxarı tənəffüs yollarından götürülən testlərdə virusun neqativ çıxması xəstəliyin gec aşkarlanması ilə bağlıdır:

"Daxildən materialın aşkarlanması çox ağır prosedurdur və bu xəstəni yatızdırmaqla həyata keçirilir".

Milli.Az


Etiketlər:  Testlərdə virusun neqativ çıxması xəstəliyin gec aşkarlanması ilə bağlıdır Ramin Bayramlı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ