Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 10:54
Azərbaycanda koronavirus pandemiyasına görə yaranmış futbol həsrəti başa çatıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki,bu gün "Qarabağ"la "Sabah" yoxlama görüşündə üz-üzə gəliblər.
92 günlük həsrət "Bank Respublika Arena"da bitib. Ağdam klubunun üstünlüyü şəraitində keçən bu oyun qonaqların qələbəsiylə başa çatıb.
Qeyd edək ki, iyunun 14-də ikinci yoxlama matçı çərçivəsində "Qarabağ" "Səbail"lə, "Sabah" isə "Zirə" ilə üz-üzə gəlməyi planlaşdırır.
Azərbaycan Premyer Liqasında 2019/20 mövsümü iyunun 21-də qaldığı yerdən davam etdiriləcək.
Yoxlama oyunu
9 iyun
"Sabah" - "Qarabağ" 0:5
Qol: Mahir Emreli, 3; 65. Xayme Romero, 14. Filip Ozobiç, 37. Ovusu Kvabena, 90+1.
Qırmızı vərəqə: Mario Marina ("Sabah").