Tarix: 10 Iyun 2020 12:22
“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun komandadan ayrılacağı haqda daha bir iddia yayılıb.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu mövsümün sonunda Turin klubunu tərk edəcək.
Komandanın baş məşqçisi Mauritsio Sarri ilə yola getməyən portuqaliyalı futbolçunun sabiq komandası “Mançester Yunayted”ə qayıtması ehtimal olunur.
Xatırladaq ki, Ronaldo “Yuventus”a 2018-ci ildə “Real”dan keçib.