Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 13:50
Hər zaman xoşbəxtəm. Niyə, bilirsiniz? Çünki yaradandan başqa heç bir kəsdən heç nə ummuram.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Aysel Əlizadə İnstaqram səhifəsində yazıb. Sənətçi xoşbəxt olduğunu vurğulayaraq, bunları qeyd edib:
"Kimsədən nəsə gözləmək hər zaman ziyan verir. Həyat qısadır, buna görə də həyatını sev və xoşbəxt ol. Gülümsəməyi qəti buraxma. Özün üçün yaşa və danışmadan öncə dinlə. Yazmadan öncə düşün. Xərcləmədən öncə qazan. Dua etmədən öncə inan. Vaz keçmədən öncə sına. Nifrət etmədən əvvəl sev. Ölmədən öncə yaşa...".