Tarix: 10 Iyun 2020 15:08
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın "Deportivo Saviş" klubunun futbolçusu Kevin Medinanın mümkün transferi haqda danışıb.
Qol.az xəbər verir ki, o, “CBC Sport”a açıqlamasında bildirib ki, kolumbiyalı müdafiəçinin keçidi üçün işlər tamamlanıb.
“Bir neçə ay əvvəl həm Medina, həm də klubu ilə danışılmışdı. Hələ o vaxtdan razılıq əldə olunmuşdu. Demək olar ki, bu iş tamamlanıb” – deyə o qeyd edib.
Q.Qurbanov qarşıdakı transferlərdə problemlər olacağını və vəziyyətə görə addım atacaqlarını da əlavə edib.
Qeyd edək ki, 27 yaşlı Kevin Medina bu mövsüm 2-ci liqa təmsilçisi "Deportivo Saviş"də 16 oyuna çıxıb.