Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 15:40
Ən əziz və mənə ən yaxın insan, səni doğum günü münasibətilə təbrik edirəm. Mənim üçün dünyanın ən yaxşı, ən sadiq, əziz insansan. İstəyirəm ki, bütün arzuların həyata keçsin, həyatın yalnız parlaq rənglər, sevinc və gülüşlərlə dolsun.
Sonxeber.net xəbər verir ki, bu sözləri sosial şəbəkədə həyat yoldaşını doğum günü münasibətilə təbrik edən xalq artisti Təranə Muradova yazıb. Tanınmış rəqqasə həyat yoldaşına olan məhəbbətini bu sözlərlə ifadə edib:
"Hər il böyüyən və möhkəmlənən cansağlığı diləyirəm, sənə ailə məhəbbətində üzməyi arzu edirəm, bütün çətinliklər və kədər səndən yan keçsin, qoy səni yalnız ürəkdən sevən insanlar əhatə etsin! Həmişə bizimlə qal, təbəssüm heç vaxt üzündən ayrılmasın və qəhqəhələrin isə bizə həmişə müsbət təsir göstərsin. Uğurlar həmişə səni müşayiət etsin və hər hansı bir problemin asanlıqla həll olunsun. Xoşbəxt ol".
Məlumat üçün bildirək ki, 30 ilə yaxın evli olan cütlük arasında 20-dan çox yaş fərqi var. Məşhurun həyat yoldaşı Roza Cəlilovanın qardaşıdır. (publika.az)